Modern.az

Vaşinqtondan İsrailə çağırış - Girovları azad edin!

Vaşinqtondan İsrailə çağırış - Girovları azad edin!

Dünya

13 May 2024, 08:24

ABŞ dövlət katibi Entoni Blinkenlə İsrailin müdafiə naziri Yoav Qalant arasında telefon danışığı olub.

 

Modern.az ABŞ Dövlət Departamentinə istinadən məlumat verir ki, E.Blinken ölkəsinin İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini və “Həmas”ın məğlubiyyəti üçün eyni məqsədə xidmət etdiklərini bir daha vurğulayıb. Tərəflər Qəzzada vəziyyəti və girovların azad edilməsi üçün səyləri müzakirə ediblər.

 

Dövlət katibi Vaşinqtonun bir milyondan çox insanın sığındığı Rəfahda genişmiqyaslı quru əməliyyatına qarşı çıxdığını bir daha təsdiqləyib. O, mülki əhalinin və humanitar yardım işçilərinin müdafiəsinin təcili təmin olunmasının vacibliyini vurğulayıb və israilli naziri Qəzzaya yardımların daşınması paylanması ilə bağlı problemlərin həllinə kömək göstərməyə çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi