Modern.az

Gürcüstan parlamentinə xüsusi təyinatlılar cəlb edilib - VİDEO

Gürcüstan parlamentinə xüsusi təyinatlılar cəlb edilib - VİDEO

13 May 2024, 09:00

Xarici agentlər haqqında qanun layihəsinə etiraz edənləri dağıtmaq üçün Tbilisidə Gürcüstan parlamentinin yaxınlığındakı meydana xüsusi təyinatlılar və xüsusi texnika gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə gürcüstanlı jurnalist Giorgi Cabişvili sosial şəbəkə hesabında məlumat yayıb. 

 

Bildirilir ki, etirazçılar gecəni meydanda keçirərək qanun layihəsinin səhər saatlarında başlanacaq üçüncü oxunuşuna baxılması üçün hüquq komitəsinin iclasını gözləyiblər.

 

Cabişvilinin sözlərinə görə, təhlükəsizlik qüvvələri qruplaşmağa və qaz maskaları hazırlamağa başlayır, Rustaveli prospektində elektrik enerjisi kəsilib. Parlamentin yaxınlığındakı Azadlıq meydanında xüsusi təyinatlılar və su şırnaqları yerləşdirilib. Etirazçılar barrikadalar qurmağa başlayıblar.

 

 Bir gün əvvəl, mayın 12-də Tbilisidə xarici agentlər haqqında qanuna qarşı minlərlə insan etiraz aksiyası keçirib. Məlumata görə, Avropa meydanına azı 200 min insan toplaşıb. Bu, Gürcüstanın müasir tarixində ən irimiqyaslı aksiya olaraq tarixə düşüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi