Modern.az

Daşqın qurbanlarının sayı 144 nəfərə çatıb

Daşqın qurbanlarının sayı 144 nəfərə çatıb

13 May 2024, 08:47

Braziliyanın hakimiyyət orqanları ölkənin cənubunda daşqın nəticəsində ölənlərin sayının 144 nəfərə çatdığını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli G1 portalı Rio-Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadla məlumat yayıb.

 

Bildirilir ki, təbiət hadisəsi zamanı 800 nəfər xəsarət alıb, 125 nəfər isə itkin düşüb. Yağış və qasırğa 2 milyon 100 mindən çox insana zərər vurub.

 

81 min sakin kilsə, məktəb və idman salonlarına sığınıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi