Modern.az

İrəvanda 88 nəfər həbs edilib

İrəvanda 88 nəfər həbs edilib

13 May 2024, 10:32

Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyaları davam edir.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, İrəvanda itaətsizlik aktları nəticəsində polis 88 vətəndaşı həbs edib.

Bu gün səhər saatlarından paytaxtda itaətsizlik aksiyaları yenidən başlayıb.
 

Etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstanyan deyib ki, bütün ermənilərin katalikosu II Qareginin xeyir-duası, Allahın iradəsi və xalqın istəkləri ilə istənilən məsuliyyəti öz üzərimə götürməyə hazırdı.

“Ancaq hüquq müstəvisində müzakirəyə ehtiyacı olan məsələlər var ki, onlar iki gün ərzində dəqiqləşdirilərək sizə təqdim olunacaq. Bu məsələlər də bütün siyasi qüvvələrlə müzakirə olunmalıdır, mən bunu yaxın vaxtlarda, heç bir ayrı-seçkilik olmadan edəcəyəm”, - deyə o əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi