Modern.az

\"Financial Times\" Şoyqunun xələfi haqqında NƏLƏR YAZDI?

\

13 May 2024, 10:38

"Rusiyanın gələcək yeni müdafiə naziri Andrey Belousov “tamamilə qeyri-korrupsioner” və “texnokrat”dır".

 

Modern.az xəbər verir ki, “Financial Times” bu barədə mənbələrə və ekspertlərə istinadən iddia irəli sürüb.

 

Qeyd olunub ki, Belousovun təyinatı onu göstərir ki, Putin Rusiyanın nəhəng müdafiə xərclərinə daha yaxından nəzarət etməklə “Ukraynaya iki illik işğala yanaşmanı kökündən dəyişmək” istəyir. Belousovun öz güc bazası yoxdur, orduda xidmət etməyib və Putinə sadiqdir.

 

"O, qətiyyən korrupsioner deyil. Bu, indi Müdafiə Nazirliyində olandan çox fərqli olacaq. Belousov bütün orduya general kimi rəhbərlik etmək iddiasında olmayacaq. O, çox dürüstdür və Putin onu çox yaxşı tanıyır”, - Putin və Belousovu onilliklər ərzində tanıyan bir adam deyir.

 

Rusiya Federasiyası Mərkəzi Bankının keçmiş əməkdaşı Aleksandra Prokopenko hesab edir ki, hərbi xərclər xeyli artacaq və daha ciddi nəzarət altına alınacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi