ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesini qiymətləndirməkdən yayınıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, İrəvanda keçirilən brifinqdə bildirib:
“Mövqeyimi buradan bildirsəm, prosesə kömək etməyəcəyəm, biz prosesin bir hissəsi deyilik, bu, ikitərəfli prosesdir Lütfən, mənim mövqeyimə hörmət edin, mövqeyimi bildirməkdən çəkinirəm”.