"Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqlar konstruktiv keçib".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla İrəvanda keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O deyib ki, danışıqlar dəfələrlə səsləndirilən prinsiplər ruhunda davam edir.