Modern.az

Polşa Ukrayna ilə taxıl ixracı müzakirələrini dayandırdı - SƏBƏB

Polşa Ukrayna ilə taxıl ixracı müzakirələrini dayandırdı - SƏBƏB

Dünya

13 May 2024, 12:31

Polşa taxıl ixracı mövzusunda Ukrayna ilə danışıqları ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

 

Buna səbəb kənd təsərrüfatı siyasəti naziri Solskinin korrupsiya ittihamı ilə bağlı olub. Bundan əvvəl Solski nazir vəzifəsindən azad edilmişdi. O, cinayət işi üzrə şübhəli bilinir və girov müqabilində həbsdən buraxılıb.

 

Polşanın kənd təsərrüfatı nazirinin müavini Mişal Kolodziejçak deyib: “Kiyevlə danışıqlar kəsilib, çünki biz korrupsiyada ittiham olunan insanlarla danışıqlar aparmayacağıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...