Almaniyanın keçmiş kansleri Angela Merkel xatirələrini dərc etməyə hazırlaşır.
Modern.az "Bild"ə istinadən xəbər verir ki, “Azadlıq” adlanan memuar janrındakı kitab bu il noyabrın 26-da kitab mağazalarında satışa çıxmalıdır.
Üz qabığında Angela Merkelin özü nikbin şəkildə uzaqlara baxır. Memuarın 30-dan çox ölkədə nəşri gözlənilir və “zəmanəmizin ən mühüm liderlərindən birinin düşüncələri və hərəkətləri haqqında dərin məlumat verəcək”. Bununla belə, naşirin sözlərinə görə, Merkelin xatirələri yalnız 1954-cü ildən 2021-ci ilə qədər olan dövrlə məhdudlaşır və Rusiyanın Ukraynaya təcavüzünə toxunmur.
700 səhifəlik kitabın qiymətinin 42 avro olacağı gözlənilir; elektron versiyasını isə 30 avroya oxumaq olar. Tirajın hazırlanması, Merkelin özünün dediyi kimi, Köln nəşriyyatı olan "Kiepenheuer and Witsch" tərəfindən həyata keçirilir.