Modern.az

Blinken Ukraynada səfərdədir

Blinken Ukraynada səfərdədir

14 May 2024, 07:48

ABŞ-nin dövlət katibi Antoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Reuters” İnformasiya Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Blinkenin əvvəlcədən “elan olunmamış” səfəri qatarla baş tutub.

 

Agentlik qeyd edib ki, bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksəkvəzifəli amerikalı məmurun Ukraynaya ilk səfəridir.

 

“Reuters”in sitat gətirdiyi adı açıqlanmayan ABŞ administrasiyasının rəsmisinə görə, Blinken səfəri zamanı Kiyevin “müdafiəsini gücləndirmək” və “döyüş meydanında təşəbbüsü bərpa etmək” məqsədilə ABŞ-nin silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...