Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin MN başçısı postuna namizəd Andrey Belousovu tərifləyib.
Modern.az xəbər verir ki, bu barədə o, TASS-a bildirib.
Stepaşin Belousovu "effektiv menecer, güclü maliyyəçi və dövlət xadimi" adlandırıb.
“Ən əsası odur ki, o, hökumətin mövqeyindən çıxış edən şəxsdir", - o əlavə edib.