Modern.az

4 ölkənin XİN başçısı Gürcüstana səfər edəcək

4 ölkənin XİN başçısı Gürcüstana səfər edəcək

14 May 2024, 11:25

Mayın 15-də Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri Gürcüstana gələcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə "Exo Kavkaza" məlumat yayıb.

 

İşgüzar səfər çərçivəsində Baltikyanı ölkələrin və İslandiyanın xarici işlər nazirləri Gürcüstan prezidenti Salome Zurabişvili, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və parlamentdəki müxalifət partiyalarının nümayəndələri ilə birgə görüşlər keçirəcəklər.

 

Gürcüstan hökuməti və vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri ilə də görüşlər nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...