Modern.az

Kiprdə 11 türkün qətlə yetirildiyi qanlı hadisə - \"İtkin avtobus\" - VİDEO+FOTO

Kiprdə 11 türkün qətlə yetirildiyi qanlı hadisə - \

14 May 2024, 11:44

Xəbər veridiyimiz kimi, Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyevin başçılıq etdiyi deputat qrupu Şimali Kiprdə “İtkin avtobus” abidəsinin açılışında iştirak edib.

 

60 il əvvəl işə gedərkən yunan millətçiləri tərəfindən qətlə yetirilən 11 kiprli türkün xatirəsinə həsr olunmuş mərasimdə ŞKTR-in Prezidenti Ersin Tatar, parlamentin spikeri Zorlu Töre, Baş nazir Ünal Üstel çıxış ediblər.

 

Prezident Ersin Tatar çıxışında azərbaycanlıların günahsız dinc insanların öldürülməsi kimi faciələrin acısını bütün xalqlardan yaxşı bildiyini qeyd edərək, ermənilərin Xocalıda törətdikləri qanlı soyqırımı aktını nümunə göstərib.

 

Azərbaycan və ŞKTR parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev xatırladıb ki, Azərbaycan tarixi boyu dəfələrlə çağırış və təhdidlərlə üzləşib, lakin sonda bəlalara və problemlərə son qoyub. Millət vəkili buna misal olaraq Vətən müharibəsində ölkəmizin Qələbəsini göstərib. “Əminəm ki, ŞKTR xalqı da müstəqillik mübarizəsində uğurlar qazanacaq. Azərbaycan sakinləri Kipr türk xalqına dərin rəğbət bəsləyir və həm parlament, həm də digər strukturlar səviyyəsində dəstəyə hazırdırlar”, - deyə Feyziyev vurğulayıb. Onun sözlərinə görə, Milli Məclis ŞKTR ilə dialoq üzrə gələcək addımları müzakirə etməyə hazırdır.

Modern.az mövzunun aktuallığını nəzərə alaraq "İtkin avtobus" hadisəsini araşdırıb.

 

1964-cü ildə Kiprin Larnaka şəhərində türk fəhlələri daşıyan avtobus yunan silahlı dəstələri tərəfindən qaçırılıb. Dikelyada yerləşən Britaniyaya məxsus hərbi bazaya gedən avtobusdakı 11 türk qətlə yetirilib.

 

Qətlə yetirilən 11 türkün qalıqları 2009-cu ildə tapılıb. Onların cəsədləri Larnakada yerləşən su quyusunda aşkar edilib. Qətlə yetirilən şəxslərin qalıqarı şəhid məzarlıqlarında dəfn edilib.

 

Hadisə 2007-ci ildə lentə alınan "İtkin avtobus" sənədli filmi ilə geniş kütləyə təqdim edilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...