Ankarada rəsmi səfərdə olan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ehtimalını illüziya kimi qiymətləndirib.
Modern.az xəbər verir ki, “Der Standard” nəşri Avstriya diplomatiyasının rəhbərinin sözlərindən sitat gətirib:
“Türkiyə uzun illərdir ki, söz və hərəkətlərlə Avropa İttifaqını tərk edir. Türkiyənin Avropa İttifaqına daxil olması illüziyadır”.
Eyni zamanda, Şallenberq Türkiyənin Aİ-yə tam üzv olması əvəzinə Ankara ilə Brüssel arasında “praqmatik əməkdaşlığı dəstəkləyən real qonşuluq konsepsiyası”nın nəzərdən keçirilməsini təklif edib.