Modern.az

Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli qrupu bərpa olunmalıdır - Qaluzin

Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli qrupu bərpa olunmalıdır - Qaluzin

15 May 2024, 10:53

Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qərarı ilə 2021-ci ildə yaradılmış üçtərəfli qrupun tamhüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edir.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

 

"Qərbin təzyiqi ilə İrəvan Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib", - Qaluzin belə söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...