Latviya Ukrayna üçün mərmilərə 10 milyon avro ayırıb.
Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Ölkənin müdafiə naziri Andris Sprudsun sözlərinə görə, bu vəsait 3 mindən çox155 mm-lik mərmi alınmasına sərf olunacaq. Həmçinin iyunda Riqa Kiyevə 1000 döyüş pilotsuz uçan aparatı təhvil verəcək.
Spruds xatırladıb ki, bu il və növbəti iki il ərzində Latviya Ukraynaya ÜDM-in 0,25%-i həcmində hərbi dəstək verəcək. Cari il bu, 112 milyon avro təşkil edib.