Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan Bratislavada keçirilən IDEB-2024 müdafiə sərgisi çərçivəsində bir sıra görüşlər keçirib.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, tədbir çərçivəsində Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kaliniak, Slovakiya İqtisadiyyat Nazirliyinin İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin baş direktoru, hərbi sənaye kompleksində fəaliyyət göstərən şirkətlərlə görüşlər keçirilib.
Görüşlər zamanı Ermənistan və Slovakiya arasında hərbi-texniki və hərbi-texnoloji əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub.