Modern.az

Ötən həftə Bakıya gələn baş nazir ölkəsində GÜLLƏLƏNDİ - FOTO/VİDEO

Ötən həftə Bakıya gələn baş nazir ölkəsində GÜLLƏLƏNDİ - FOTO/VİDEO

15 May 2024, 17:12

Slovakiyanın baş naziri Robert Fitso güllələnib.

 

Modern.az Slovakiya mətbuatına istinadən xəbər verir ki, hökumətin iclas keçirdiyi Mədəniyyət evinin qarşısında ona hücum edilib.

 

Baş nazir atışma nəticəsində yaralanıb. Fitsonun xəstəxanaya aparıldığı bildirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Məlumata görə, hadisə hökumətin iclasından sonra baş verib. Hücum edən şəxs saxlanılıb. Polis ərazinin təhlükəsizliyini təmin edib.

 

Baş nazirin güllələnməsi faktını parlamentin plenar iclasında Slovakiya Milli Şurasının sədr müavini Yuboş Blaha da təsdiqləyib. Parlamentin iclası qeyri-müəyyən müddətə dayandırılıb. Hökumət deputatları hücuma görə müxalifəti günahlandırıb.

 

Yerli mətbuat yazır ki, Fitso dörd güllə yarası alıb. Baş nazir döş qəfəsindən və mədəsindən yaralanıb. O, təcili hava yardımı vasitəsilə  Bratislavadakı xəstəxanaya aparılıb.

 

“Mən baş nazir Robert Fitsoya qarşı bugünkü qəddar və ehtiyatsız hücumu qətiyyətlə pisləyirəm. Şokdayam. Robert Fitsoya bu kritik anda xilas olmaq üçün çoxlu güc arzulayıram”, - Slovakiya Prezidenti Zuzana Çaputova bildirib.

 

Qeyd edək ki, Fitso ötən ilin oktyabr ayında Baş nazir seçilib. O, mayın 7-də Bakıda səfərdə olub.

 

1348052

1348036

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi