Modern.az

Sinqapurda yeni baş nazir and içdi

Sinqapurda yeni baş nazir and içdi

Dünya

15 May 2024, 17:16

Sinqapurda son 20 ildə ilk rəhbərlik dəyişikliyi olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Lourens Vonq Sinqapurun 4-cü baş naziri kimi and içib.

Andiçmə mərasimindən sonra 51 yaşlı Vonq rəsmi olaraq Nazirlər Kabinetində yüksək səviyyəli nazir kimi qalacaq 72 yaşlı Li Hsien Loongu əvəzləyib.

Vonq multikultural Sinqapurun birliyinə sadiqliyini nümayiş etdirməyə çalışaraq, qismən ingilis, qismən də Malay və Çin dillərində çıxış edib.

"Bu gün təkcə hakimiyyət dəyişikliyi üçün deyil, həm də nəsillərin dəyişməsi üçün əlamətdardır. Mən Sinqapurun ölkə müstəqillik əldə etdikdən sonra doğulan ilk baş naziriyəm. Biz yaşda olan nəslin tarixi müstəqil Sinqapurun tarixidir", - Vonq deyib.

Beynəlxalq və sinqapurlu müşahidəçilər qeyd edirlər ki, yeni baş nazir Sinqapuru dünya tarixinin ən uğurlu kapitalist dövlətlərindən birinə çevirən sələfləri tərəfindən aparılan siyasəti davam etdirməli olacaq, lakin o, xeyli yeni problemi də həll etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi