Modern.az

Avropalı siyasətçilər Baş nazirə hücumu PİSLƏYİRLƏR

Avropalı siyasətçilər Baş nazirə hücumu PİSLƏYİRLƏR

15 May 2024, 18:29

Avropalı siyasətçilər Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsdi pisləyiblər.

 

Modern.az xəbər verir ki, bu barədə onlar "X" hesablarında yazıblar.

 

Slovakiya prezidenti Zuzana sui-qəsd cəhdini kəskin şəkildə pisləyib. O, hücumu qəddar və ehtiyatsız adlandırıb.

 

“Mən şokdayam. Bu kritik anda hücumdan qurtulmaq üçün Robert Fikoya çoxlu güc arzulayıram”, - deyə prezident bildirib.

 

Macarıstanın baş naziri Viktor Orban sui-qəsd cəhdindən çox sarsıldığını yazıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Fitsoya edilən hücumu alçaq adlandırıb. O, müasir cəmiyyətdə sui-qəsd cəhdlərinin yeri olmadığını söyləyib.

 

Polşanın Baş naziri Donald Tusk yazıb ki, “bu çətin anda” onun fikirləri Fitso ilədir. İngiltərənin baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts da hücum cəhdini pisləyiblər.

 

Qeyd edək ki, Slovakiyanın Handlov şəhərində hökumətin iclasından sonra ölkənin baş naziri Robert Fikoya bir neçə dəfə atəş açılıb. Baş nazir sinəsindən və mədəsindən yaralanıb. Onun vəziyyəti çox ağır qiymətləndirilir. Slovakiya mətbuatının məlumatına görə, atəş açan şəxs 71 yaşlı kişi olub. O, saxlanılıb, motivləri hələlik məlum deyil.

 

Fitsonun 59 yaşı var. O, 2006-2008-ci illərdə, sonra 2012-2018-ci illərdə Slovakiya hökumətinə rəhbərlik edib. 2023-cü ilin oktyabrında yenidən baş nazir postuna qayıdıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi