Modern.az

Bayden və Tramp arasında debat olacaq 

Bayden və Tramp arasında debat olacaq 

15 May 2024, 20:54

ABŞ Prezidenti Co Baydenlə Respublikaçılar partiyasından prezidentliyə real namizəd Donald Tramp arasında ilk üzbəüz debatın yeri və tarixi açıqlanıb.

 

Modern.az xəbər verir ki, CNN iyunun 27-də yerli vaxtla saat 21:00-da Atlanta şəhərində yerləşən binasında debata ev sahibliyi edəcəyini bildirib. Debat telekanal vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, bu gün Co Bayden sosial media vasitəsilə müraciətində sabiq prezident Donald Trampı debata çağırıb, Tramp isə cavabında hazır olduğunu və bunu istədiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi