Modern.az

Yeni sərhəd yaratmadıq, mövcud olanı bərpa etdik - Paşinyan

Yeni sərhəd yaratmadıq, mövcud olanı bərpa etdik - Paşinyan

16 May 2024, 11:39

"Tavuşda Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi 1976-cı il xəritələri olan yeganə hüquqi qüvvəyə malik sovet xəritələrinə əsasən baş verir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu hökumətin iclasında Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib.

 

Onun sözlərinə görə, bu xəritələr 1979-cu ildə “növbəti prosesdən” keçib – bu, bir növ yoxlama prosesidir.

 

"Ermənistan delimitasiya prosesində sovet xəritələrində göstərdiyi məntiqdən kənara çıxsa, bu, daimi eskalasiya mənbəyi yaradardı", - Paşinyan belə düşünür.

 

“Bizim üçün əsas idi ki, ölkələrimiz arasında yeni sərhəd yaradılmadı, ancaq Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhəd bərpa edildi və indi bizim xəritələrə keçidimiz var və bunlar SSRİ-nin qanuni qüvvəsi olan son xəritələridir”, - Ermənistan baş naziri əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi