Modern.az

İvanişvilinin arvadı gürcülərə açıq məktubla MÜRACİƏT ETDİ

İvanişvilinin arvadı gürcülərə açıq məktubla MÜRACİƏT ETDİ

16 May 2024, 14:39

Gürcüstanın sabiq baş naziri, Rusiya mənşəli oliqarx, hakim "Gürcü Arzusu" Partiyasının fəxri lideri Bidzina İvanişvilinin həyat yoldaşı açıq məktubla ərinin müdafiəsinə qalxıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, məktubunda etiraz doğuran "xarici agentlər" qanununa da toxunub:

 

“Bu gün bu qanunun düzgün şərh edilməməsi cəmiyyətdə parçalanmaya səbəb olub və fikrimcə, istənilən münaqişə yalnız dialoq yolu ilə həll edilməlidir. Əminəm ki, bizim hamımızı Vətənə məhəbbət idarə edir!

 

Mən ilk növbədə həyat yoldaşı, ana və nənəyəm və hər bir vətəndaş kimi mənim üçün də ölkədə əmin-amanlığın olması və qadının qadın, kişinin kişi, ananın ana, atanın ata olduğu Gürcüstanda yaşamaq həyati əhəmiyyət kəsb edir. Biz Gürcüstanda yaşamalıyıq, burada xaç sadəcə dəb aksesuarı deyil, əsrlər boyu olduğu kimi, bizim inancımızın ən müqəddəs simvoludur!”.

 

O, həmçinin qeyd edib ki, Bidzina İvanişvili “həmişə Gürcüstanın maraqlarının və kimliyinin müdafiəçisi olub və olacaq, çünki vətən, dil və inanc onun təkcə genetik kodu deyil, həm də həyatının mahiyyətidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi