Modern.az

İki çevrilişin izini daşıyan konstitusiyadan qurtulmalıyıq - KURTULMUŞ

İki çevrilişin izini daşıyan konstitusiyadan qurtulmalıyıq - KURTULMUŞ

Dünya

16 May 2024, 15:26

"Yeni konstitusiya ilə bağlı siyasi partiyalarla birlikdə ortaq bir yol tapacağıq".

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, bunu TBMM sədri Numan Kurtulmuş deyib:

 

"Məzmunla bağlı danışıqlar oktyabr ayından başlaya bilər. Təkcə TBMM çərçivəsində deyil, Türkiyənin hər yerində bu mövzuda fikri olan hər kəsin prosesə töhfə verməsini təmin edəcəyik. Biz prosesi elə həyata keçirəcəyik ki, universitetlər, hüquq ictimaiyyəti və qeyri-hökumət təşkilatları bu prosesə töhfə versinlər.

 

Şəffaflıq bizim üçün çox önəmlidir. Prosesin hər mərhələsində millətimizin aydın şəkildə məlumatlandırılmasını təmin edəcək şəkildə prosesi həyata keçirəcəyik. Partiyaların konstitusiyası olmaz, millətin konstitusiyası olar. Konstitusiya məsələsi heç vaxt siyasi mübahisə predmetinə çevrilməməlidir.

 

Türkiyənin iki çevrilişin izlərini daşıyan mövcud konstitusiyadan qurtulması bütün siyasi mülahizələrdən üstündür".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi