Modern.az

Ukraynalı qaçqınların 45 faizi başqa ölkənin vətəndaşlığını istəyir - SORĞU

Ukraynalı qaçqınların 45 faizi başqa ölkənin vətəndaşlığını istəyir - SORĞU

Dünya

16 May 2024, 15:42

Almaniya, Polşa və Çexiyada sorğuda iştirak edən ukraynalıların 45%-i başqa ölkənin vətəndaşlığını almaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə KIIS sorğusunun məlumatlarında deyilir.

 

İştirak edənlərin 7%-i etiraf edib ki, artıq başqa ölkənin vətəndaşlığını alıblae, 12%-i isə sənədlərini təqdim edib və qərar gözləyir. Respondentlərin 34%-i yeni vətəndaşlıq almağı planlaşdırmır.

 

Eyni zamanda, bu ölkələrdə yaşayan ukraynalıların əksəriyyəti (66%) indiki şəraitdən müəyyən qədər və ya tamamilə razıdır, 26%- isə narazıdır. 12% birbaşa Ukraynaya qayıtmaq niyyətində olmadığını bildirib. Digərləri qayıtmaq üçün lazımı şəraitin olmasını istədiklərini bildiriblər: kritik infrastrukturun normal işləməsi (34%), təhlükəsizlik (34%), mənzil problemləri (26%), müharibənin sonu (26%).

 

KIIS bu məlumatları təhlil etdikdən sonra belə qənaətə gəlib ki, ən yaxşı halda qaçqınların yarısı Ukraynaya qayıda bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi