Modern.az

Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu DƏYİŞDİRİB

Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu DƏYİŞDİRİB

Dünya

16 May 2024, 17:12

Tavuşdakı etirazlara görə İrəvandan Tiflisə gedən əsas marşrut yenidən dəyişdirilib.

 

Modern.az xəbər verir ki, bunu nəqliyyat şirkətlərindən biri "Sputnik Armenia"ya bildirib.

 

Qeyd olunub ki, bu səhərədək avtobuslar sərnişinləri standart marşrut üzrə - Abovyan, Sevan, Dilican, İcevan və Noyemberyan vasitəsilə Gürcüstanla sərhəd Baqrataşen kəndinə aparırdı.

 

İndi sərnişin daşımaları Araqatsotn bölgəsi vasitəsilə həyata keçirilir: İrəvandan Aparan, Spitak, Kirovakan və Alaverdi vasitəsilə Gürcüstanla sərhədə qədər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi