Modern.az

"Ukrayna enerji sisteminin bərpa və yenidən qurulması uzun müddət aparacaq"

Dünya

16 May 2024, 17:44

Ukraynanın enerji sistemində vəziyyət gələn həftənin əvvəlində yaxşılaşa bilər.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu “Ukrenerqo”nun idarə heyətinin rəhbəri Vladimir Kudritski bildirib.

 

Onun sözlərinə görə, lakin hələ də istər yayda isti vaxtlarda kondisionerlər işə salındıqda, istərsə də qışda qızdırıcılardan istifadə olunanda işıqların kəsilməsindən tamamilə qaçmaq mümkün olmayacaq.

 

"Enerji istehlakına dair mövcud məhdudiyyətlər bütün istehlakçılar üçün tətbiq edilir və bütün bölgələr arasında bərabər paylanır. Rusiya hücumu nəticəsində zədələnmiş enerji sisteminin bərpası və yenidən qurulması uzun müddət tələb edir", - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi