Modern.az

Avropanı müdafiə edən ümumi “Dəmir günbəz” sistemi yaradılmalıdır

Avropanı müdafiə edən ümumi “Dəmir günbəz” sistemi yaradılmalıdır

Dünya

17 May 2024, 00:00

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis vahid regional hava hücumundan müdafiə sisteminin - Avropa “Dəmir günbəz” sisteminin yaradılması təklifi ilə çıxış edib.

 

“Mən Avropanın hava hücumundan müdafiə sistemindən, Avropanı istənilən təhlükədən qoruyacaq Avropa “çətiri” barədə danışıram”, - deyə Baş nazir “Skai” telekanalına müsahibəsində deyib.

 

Bildirib ki, təklif üzərində artıq məsləhətləşmələr gedir: “Bu təşəbbüs Yunanıstana öz hava məkanını qorumaq üçün Avropa ölkələrinin müdafiə potensialından istifadə etmək imkanı verəcək, həmçinin bu məsələdə milli büdcədən asılılığını azaldacaq”.

 

Qeyd edək ki, “Dəmir günbəz” sistemin tərtibatçıları “Israel Aerospace Industries” və “Rafael Advanced Defence Systems” şirkətləridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi