Modern.az

Keşiş ermənilərə tezliklə əsas mitinqin keçiriləcəyini vəd etdi

Keşiş ermənilərə tezliklə əsas mitinqin keçiriləcəyini vəd etdi

Dünya

17 May 2024, 09:36

Ermənistanda daxili siyasi vəziyyət hələ ki gərgin olaraq qalır. Erməni Apostol Kilsəsinin arxiyepiskpou Baqrat Qalastanyan etiraz aksiyalarını dəstəkləyən vətəndaşların nəzərinə çatdırıb ki, siyasi təşkilatlarla məsləhətləşmələri davam etdiri.

O, bu gün gənclərlə görüşlər planlaşdırıldığını qeyd edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Baqrat Qalastanyan erməniləri hakimiyyətə qarşı etiraz aksiyalarını sönməyə qoymağa çağırıb.

Onun sözlərinə görə, 100-dən çox müəllim də baş nazir Nikola Paşinyanın istefası tələbinə qoşulub. Yaxın vaxtlarda tibb işçiləri, mədəniyyət xadimləri, daha sonra ehtiyatda olan zabitlərlə görüşlərin keçirləcəyini vəd edib.

“Şənbə günü saat 11:00-da biz istisnasız olaraq bütün siyasi partiyaları görüşə dəvət edirik. Bu görüşlər çox vacibdir”, - keşiş bildirib.

Baqrat Qalsatanyan "tezliklə vacib, əsas mitinqin baş tutacacağını” vəd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama