Roma Papası Fransisk gələn il Birinci Niken Şurasının ildönümünü qeyd etmək üçün Türkiyəyə səfər etməyi planlaşdırır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbuldakı Konstantinopol Patriarxlığından bildirilib.
Səfərin təşkili üçün komitənin yaradıldığı və Vatikanın yaxın vaxtlarda bununla bağlı Türkiyə hökuməti ilə əlaqə saxlayacağı qeyd edilib.
Papa Frensisk dekabrda 88 yaşını qeyd edəcək. Səhhətinə görə beynəlxalq səfərlər onun üçün getdikcə çətinləşir.