Modern.az

Səfərbərlikdən yayınmaya görə həbs cəzası ləğv olunur? - FOTO

Səfərbərlikdən yayınmaya görə həbs cəzası ləğv olunur? - FOTO

Dünya

17 May 2024, 10:56

Ukrayna Ali Radasında səfərbərlikdən yayınmaya görə həbs cəzasının ləğvini nəzərdə tutan qanun layihəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

Sənəddə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə əvəzinə 51-85 min qrivna məbləğində cərimə və ya 160 saatdan 240 saata qədər ictimai işlər və ya 2 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması təklif edilir.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama