Modern.az

Radikal keşiş Ter-Petrosyanın partiyadaşları ilə görüşüb

Radikal keşiş Ter-Petrosyanın partiyadaşları ilə görüşüb

Dünya

17 May 2024, 11:48

Ermənistanda radikal "Vətən üçün Tavuş" qrupunun rəhbəri olan arxiyepiskop Baqrat Qalstanyan bu gün Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın partiyasının nümayəndələri ilə görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, məlumatı jurnalistlərə bildirib.

 

Keşişin sözlərinə görə, görüşdə Levon Zurabyan və Aram Manukyan olub, ölkədəki vəziyyət və “Erməni Milli Konqresi”nin mövqeyi müzakirə olunub.

 

Qalstanyanın görüşmək istəyinə hökumət nümayəndələrinin reaksiyasına gəlincə, hələlik belə bir reaksiya yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama