Modern.az

Almaniya XİN-dən Ukrayna ilə bağlı beynəlxalq dəstək ÇAĞIRIŞI

Almaniya XİN-dən Ukrayna ilə bağlı beynəlxalq dəstək ÇAĞIRIŞI

Dünya

17 May 2024, 14:36

Almaniya Ukraynanın hava hücumundan müdafiəsinə beynəlxalq dəstək verməyə çağırıb.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın hava hücumundan müdafiəsinə beynəlxalq dəstəyin lehinə danışıb.

 

Onun sözlərinə görə, təkcə Rusiya ordusunun kütləvi hücuma keçdiyi Xarkov vilayətində deyil, həm də Ukraynanın bir çox başqa yerlərində son dərəcə dramatik vəziyyət yaranıb.

 

Berbok bu gün Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin iclasından əvvəl deyib: “Biz Ukraynanın xüsusilə hava hücumundan müdafiə baxımından nə qədər əlavə dəstəyə ehtiyacı olduğunu açıq şəkildə görürük”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama