Avropa İttifaqı Şurası Rusiyanın bir sıra mətbuat orqanlarının təşkilat hüdudlarında yayımını yasaqlayıb.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, sözügedən media qurumları aşağıdakılardır:
“RİA Novosti” agentliyi, “İzvestiya” qəzeti, “Rossiyskaya qazeta” və “Voice of Europe” portalı.
Aİ Şurası bunların Avropa İttifaqında yayım fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.