Türkiyə əhalisinin 15.1 faizini gənclər təşkil edir.
Modern.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun (TÜİK) "Statistikalarla Gənclik 2023" tədqiqatının nəticələrində deyilir.
Məlumata görə, Türkiyənin 85 372 377 nəfər təşkil edən əhalisindən gənclər (15-24 yaş) 12 872 039 nəfərini ehtiva edir.
Gənclərin 51.3 faizi kişi, 48.7 faizi isə qadındır. Gənc əhali nisbəti ən çox olan vilayət (21.5 faiz) Hakkari, ən az olan isə (12.1 faiz) Balıkesirdir.
Xoşbəxtliyin mənbəyini gənclərdən 45.5 faizi sağlamlıq, 23.7 faizi uğur, 12.6 faizi sevgi olaraq görür.
Qeyd olunub ki, Avropa gənclərin ümumi əhaliyə nisbəti 10.6 faiz təşkil edir.