Modern.az

Türkiyə və Ermənistan nazirləri danışıqlar apardı 

Türkiyə və Ermənistan nazirləri danışıqlar apardı 

Dünya

17 May 2024, 18:14

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə tarixi Ani körpüsünün bərpası məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Danışıqlar mayın 17-də Aşqabadda keçirilən Mədəniyyət Nazirlərinin Beynəlxalq Konfransı çərçivəsində baş tutub.

 

Nazirlər Ermənistan və Türkiyə arasında münasibətlərin tam nizamlanması çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın qurulmasını müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama