Modern.az

Sunak və həyat yoldaşının sərvəti açıqlandı

Sunak və həyat yoldaşının sərvəti açıqlandı

Dünya

17 May 2024, 19:20

Böyük Britaniyanın baş naziri Rişi Sunakın və həyat yoldaşı Akşata Murtinin şəxsi sərvəti bu il 120 milyon funt sterlinq artaraq, 651 milyon sterlinqə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sunday Times”ın zənginlərlə bağlı yaydığı illik siyahıda bildirilib. Cütlüyün sərvətinin artmasına Akşata Murtinin Hindistanın IT firması “Infosys”dəki payının artması olub. Onun şirkətdəki səhmlərinin dəyəri il ərzində təxminən 108 milyon funt sterlinq artaraq 590 milyon funt sterlinqə çatıb.

 

“Sunday Times”ın siyahısında göstərilir ki, Kral Çarlzın sərvəti də il ərzində artaraq 600 milyon funt sterlinqdən 610 milyon funt sterlinqə yüksəlib.

 

Qeyd edək ki, Akşata Murtinin atası Narayana Murti hindistanlı milyarder və IT şirkəti “Infosys”in həmtəsisçisidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi