Modern.az

Mirzoyan həmkarı ilə Azərbaycandan danışdı

Mirzoyan həmkarı ilə Azərbaycandan danışdı

Dünya

17 May 2024, 19:29

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avstriya xarici işlər naziri Aleksandr Şallenberq Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini müzakirə edib.

 

Modern az xəbər verir ki, bu barədə Avstriya XİN rəhbəri "X" hesabında bildirib.

 

Strasburqda Avropa Şurası XİN rəhbərləri Komitəsinin iclası çərçivəsində ermənistanlı həmkarı ilə görüşdüyünü qeyd edən Aleksandr Şallenberq bildirib ki, görüş zamanı tərəflər ikitərəfli və Aİ əməkdaşlığı, eyni zamanda, Ermənistan-Azərbaycan danışıqlarının vəziyyətini müzakirə ediblər.

 

"Sülh və sabitliyin bütün regionun iqtisadi potensialını ortaya çıxacağını vurğuladım", - o əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi