Modern.az

BMT-nin qərargahında kondisionerlər söndürülüb

BMT-nin qərargahında kondisionerlər söndürülüb

Dünya

18 May 2024, 08:33

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının rəhbərliyi təşkilatın büdcəsinə qənaət etmək üçün binada kondisioner sistemini söndürmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, qənaət tədbirləri arasında BMT kompleksinə daxil olarkən avtomatik qapılara elektrik enerjisinin verilmə müddətinin azaldılması, tərcüməçilərin iş vaxtından artıq işləməsinin qadağan edilməsi və yeni işçilərin qəbulunun məhdudlaşdırılması da var.

 

BMT administrasiyası iştirakçı ölkələr tərəfindən təşkilata ödənilən vəsaitlər gecikdiyinə görə xərcləri azaltmaq qərarına gəlib. Bu il quruma daxil olan 193 ölkənin üçdə birindən çoxu üzvlük haqqını köçürməyib və borc məbləği 1,7 milyard dolları ötüb. “Bloomberg”in məlumatına əsasən, ABŞ-nin təşkilata 763 milyon dollar borcu var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?