Modern.az

Qrossi Rusiyaya səfər etməyi planlaşdırır 

Qrossi Rusiyaya səfər etməyi planlaşdırır 

Dünya

18 May 2024, 15:06

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Rusiyaya səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə o, "RİA Novosti"yə müsahibəsində bildirib

 

O, bu ay Zaporojye Atom Elektrik Stansiyasının texniki aspektlərini müzakirə etmək Rusiyaya getmək niyyətindədir.

 

Qrossi böyük ehtimalla, Kalininqrada gedəcəyini bildirib.

 

Rusiya Federasiyasını “Rosatom”un rəhbəri Aleksey Lixaçev təmsil edəcək.

 

Müzakirə mövzusu Zaporojya AES-in təhlükəsizliyini əhatə edəcək. “Ola bilsin ki, ayın sonuna yaxın olacaq. Və sonra, ümid edirəm ki, texniki danışıqların növbəti raundunu keçirə biləcəyəm”, - Qrossi deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi