Modern.az

Zurabişvili qalmaqallı qanuna veto qoydu 

Zurabişvili qalmaqallı qanuna veto qoydu 

Dünya

18 May 2024, 21:23

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident bu gün keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, bu qanun Gürcüstan konstitusiyasına, bütün Avropa standartlarına ziddir və eyni zamanda, ölkənin Avropa yoluna maneədir.

 

“Veto hüquqi baxımdan düzgün olduğu üçün bu gün parlamentə təqdim olunacaq. Qanun heç bir dəyişiklik və ya təkmilləşdirməyə məruz qalmır, ona görə də veto çox sadədir. Bu qanun ləğv edilməlidir", - deyə Zurabişvili vurğulayıb.

 

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib.

 

Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və medianın xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi