Modern.az

Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI

Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI

Dünya

19 May 2024, 10:08

Çinin Baş Kəşfiyyat İdarəsi son illərdə kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb.

 

“Report” xəbər verir ki, bu barədə “South China Morning Post” Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin məlumatlarına əsaslanaraq yazıb.

 

Qeyd olunub ki, nazirlik bəzi ölkələrin kəşfiyyat xidmətlərinin əməllərini ifşa edərək, aerokosmik sektorda çoxsaylı casusluq faktlarını aşkarlayıb. Lakin, məlumat sızmasının qarşısı alınıb:

 

“Bəzi ölkələr ölkəmizi kosmik sektorda əsas rəqib kimi görür və bizi sıxışdırmaq üçün səylərini əsirgəmir”, - nazirlik bildirib.

 

Pekinin kosmos sirlərini oğurlamaqda ittiham etdiyi konkret ölkələrin adı açıqlanmır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi