Modern.az

Xerson raket atəşinə tutuldu - Ölən və yaralananlar var

Xerson raket atəşinə tutuldu - Ölən və yaralananlar var

Dünya

19 May 2024, 11:57

Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xerson vilayət dövlət administrasiyası məlumat yayıb.

 

Qeyd olunub ki, yaşayış məntəqələrinə endirilmiş zərbələr nəticəsində çoxmərtəbəli bina və 8 fərdi evə ziyan dəyib. Liman infrastrukturunda da zərbə qeydə alınıb. Hadisədə iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.

 

Bildirilib ki, vilayətin Antonivka, Sadove, Stanislav, Ponyativka, Mikolske, Berislav, Mixaylivka, Tyaginka, Osokorivka, Lvove, Novooleksandrivka yaşayış məntəqələri, habelə Xerson şəhəri atəşə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi