Modern.az

Dunay çayında gəmilər TOQQUŞDU

Dunay çayında gəmilər TOQQUŞDU

Dünya

19 May 2024, 15:55

Dunay çayının Macarıstanın şimalındakı Verötse kəndindən keçən hissəsində motorlu qayıqla sərnişin gəmisinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

 

Məlumatına görə, faciəvi hadisə mayın 18-də gecə baş verib.

 

Kiçik gəzinti gəmisinin italyan turistləri daşıdığı güman edilir.

 

Polisin məlumatına görə, qayığın göyərtəsində 8 nəfər olub, onların arasında uşaq olmayıb. 5 sərnişinin axtarışları davam edir.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi