Modern.az

Rəisinin həyatı risk altındadır - Rəsmi AÇIQLAMA

Rəisinin həyatı risk altındadır - Rəsmi AÇIQLAMA

19 May 2024, 19:19

İran Prezidenti İbrahim Rəisi və xarici işlər nazirini daşıyan helikopter bazar günü Azərbaycanla sərhədə səfərdən qayıdıb qatı duman içində dağlıq ərazini keçərkən qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran rəsmisi "Reuters" agentliyinə bildirib.

 

Rəsmi şəxs deyib ki, Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həyatı helikopter qəzasından sonra risk altındadır.

 

"Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar çox narahatlıq doğurur", - deyə İran rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, göyərtəsində İran Prezidenti İbrahim Rəisinin olduğu Mi-171 helikopteri qəza enişi edib. Onun vəziyyəti barədə məlumat verilməyib.

 

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri bildirib ki, axtarış-xilasetmə qrupları helikopterin sərt eniş yerinə yaxınlaşıb.

 

İran mətbuatı Rəisinin sağ olması barədə xəbər yaysa da, sonradan sözügedən məlumat silinib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı