Modern.az

Abdullahianın səlahiyyətlərini o icra edəcək

Abdullahianın səlahiyyətlərini o icra edəcək

Dünya

20 May 2024, 12:30

İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani xarici işlər nazirinin səlahiyyətlərini icra edən təyin edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə IRNA agentliyi məlumat yayıb.

 

Qeyd edək ki, ötən gün baş verən helikopter qəzası nəticəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da həlak olub.

 

Abdullahian 1964-cü ildə İranın Damğan şəhərində anadan olub. O, Tehran Universitetində Beynəlxalq Münasibətlər üzrə fəlsəfə doktoru dərəcəsini yiyələnib. Ərəb və ingilis dilində sərbəst danışıb.Onun 20 ilə yaxın diplomatik təcrübəsi olub.

 

Mərhum nazir əsasən, İranın Körfəz ölkələrində yerləşən səfirliklərində çalışıb və 2021-ci ildə İranın xarici işlər naziri təyin edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi