Modern.az

İranda Məclisin açıq iclası çağırılıdı

İranda Məclisin açıq iclası çağırılıdı

Dünya

20 May 2024, 13:14

İran prezidenti İbrahim Rəisinin vəfatından sonra İslam Respublikası Məclisinin (birpalatalı parlament) ilk açıq iclası sabah - mayın 21-də keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsinə dövlət başçısı ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Prezident qvardiyasının rəhbəri Mehdi Musəvi də həyatını itirib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!