Modern.az

Eks-nazir İran prezidentinin ölümünə görə ABŞ-ı günahlandırdı

Eks-nazir İran prezidentinin ölümünə görə ABŞ-ı günahlandırdı

20 May 2024, 13:24

İran prezidentinin helikopteri ilə bağlı faciədə ABŞ günahkardır.

Modern.az xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, Vaşinqton Tehrana təyyarə, helikopter və onların hissələrinin satışına embarqo qoyub.

“Bu hadisə ABŞ-ın İrana qarşı cinayətləri siyahısına daxil ediləcək. Prezidentin helikopterinin məhv olması ilə bağlı faciədə ABŞ günahkardır”, - Zərif bildirib.

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsinə dövlət başçısı ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Prezident qvardiyasının rəhbəri Mehdi Musəvi də həyatını itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi