Modern.az

Rəisinin öldüyü qəzanın açılması üçün köməyə hazırıq - Şoyqu

Rəisinin öldüyü qəzanın açılması üçün köməyə hazırıq - Şoyqu

Dünya

20 May 2024, 17:16

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İran prezidenti İbrahim Rəisinin öldüyü qəzanın açılmasına yardımı göstərməyə hazır olduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.

“İran Prezidenti İbrahim Rəsinin faciəvi ölümü ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin. Prezidentin də olduğu helikopterin qəzaya uğramasının əsl səbəblərinin müəyyən edilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olduğumu bildirirəm”, - teleqramın mətnində qeyd olunub.

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmiləri daşıyan helikopter mayın 19-da ölkənin şimal-qərbində Şərqi Azərbaycan əyalətinin Verzeqan rayonunda qəzaya uğrayıb. Mayın 20-də səhər İranın vitse-prezidenti Möhsün Mənsuri prezidentin və onun nümayəndə heyətinin ölümü ilə bağlı xəbərləri təsdiqləyib.

Birinci vitse-prezident Məhəmməd Moxber yeni seçkilərə qədər 50 gün müddətində İranın müvəqqəti prezidenti vəzifəsini icra edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi