Modern.az

Türkiyədə Rəisiyə görə milli MATƏM

Türkiyədə Rəisiyə görə milli MATƏM

Dünya

20 May 2024, 21:44

Türkiyədə milli matəm elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

 

O bildirib ki, İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin vəfatı ilə əlaqədar Türkiyədə bir günlük matəm elan olunacaq.

 

"Rəisinin vəfatı məni çox kədərləndirdi. Nazirlər Kabinetinin iclasında İran xalqının yaşadığı dərin ağrıları bölüşmək üçün ölkəmizdə milli matəm günü elan etmək qərarına gəldik", - Ərdoğan qeyd edib.

 

Xatırladaq ki, bundan əvvəl İraq, Suriya və Pakistanda da matəm elan edilib. İranın özündə matəm 5 gün davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi